Fətəli xan Xoyskinin qohumunun meyiti tapıldı

Fətəli xan Xoyskinin qohumunun meyiti tapıldı
17 may 2023
# 10:30

Gəncədə evdən 75 yaşlı kişinin meyiti aşkarlanıb.

Kulis.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev proskektində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 75 yaşlı Xan Xoyski Azad Cəfər oğlundan uzun müddət xəbər alınmayıb.

Bu barədə FHN 112 xidmətinə məlumat verilib. Əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri əməkdaşları cəlb olunub. Xilasedicilər qapını açaraq mənzilə daxil olublar. Mənzildən 75 yaşlı Xan Xoyski Azad Cəfər oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-müfafizə orqanların əməkdaşları cəlb olunub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Xan Xoyski Azad Cəfər oğlu ADR-in qurucularından olan Fətəli Xan Xoyskinin qardaşının nəticəsidir.

# 1661 dəfə oxunub

Müəllifin son yazıları

# # #