Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi
11 may 2026
# 16:09

Mayın 8-də Cəfər Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib. Şairin yubiley gecəsində tanınmış ziyalılar və incəsənət nümayəndələri iştirak ediblər.

Kulis.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan Fərzalı Abbasəlioğlunu ilk olaraq Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş millət vəkili Ceyhun Məmmədov təbrik edib. O, çıxış edərək yubiliyarın yaradıcılığına nəzər salmış, şair haqqında ürək sözlərini, xoş fikirlərini səsləndirmişdir.

Daha sonra şairin qələm dostları, qiraət ustaları, xanəndələr və musiqi ifaçıları Fərzalı Abbasəlioğlunun şeirlərini səsləndirmiş, sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Zəfər İnustrumental Ansambılının, Aşıq Ədalət Dəlidağlının, Nadir Bayramlının, Niyaz İlyasoğlunun, Natiq Fərzalıoğlunun, Əhliman Ərşadlının, Sona Nərimanqızının, Təranə Gədəbəylinin, Ayşə Səyyad qızının və digər sənət adamlarının müşayiəti ilə baş tutan tədbirin sonunda yubilyar - şair Fərzalı göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə, sənət dostlarına və oxucularına dərin minnətdarlığını bildirib. Tədbir həm sənət adamlarının, həm də poeziyasevərlərin iştirakı ilə isti və səmimi bir şəraitdə başa çatıb.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər