Xalq artisti Rafiq Hüseynov: “İşə çıxıram, müalicəm davam edir”

  Xalq artisti Rafiq Hüseynov: “İşə çıxıram, müalicəm davam edir”
7 avqust 2014
# 15:49
“Səhhətimdə əməliyyatla bağlı ciddi problemlər yoxdur. Özümü tam yaxşı hiss etməsəm də, pis də deyiləm. İşə çıxıram, müalicələr davam edir”.

Bunu APA-ya açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, əməliyyatdan sonrakı kimyaterapiyalar başa çatıb: “Türkiyədə dörd dəfə kimyaterapiya keçdim, həkimlər əməliyyatın nəticəsini yaxşı qiymətləndirdilər. İndi işə çıxıram, yuxumda, yeyib-içməyimdə ciddi problem yoxdur. Amma hər halda, bu xəstəlik elədir ki, daim həkim nəzarətində olmalıyam”.

R. Hüseynov əlavə edib ki, növbəti dəfə müayinə olunmaq üçün avqustun sonunda Türkiyəyə yollanacaq.

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

# 2114 dəfə oxunub

Müəllifin son yazıları

# # #