Esposito: "İllər əvvəl intihar haqqında düşünürdüm"

Esposito: "İllər əvvəl intihar haqqında düşünürdüm"
22 aprel 2024
# 15:30

"İllər əvvəl intihar haqqında düşünürdüm".

Kulis.az xəbər verir ki, bu sözləri "Breaking Bad", "Better Call Saul", "The Boys" filmləri ilə tanınan Cainkarlo Esposito deyib.

Esposito intihar səbəbini maddi sıxıntılarla ilə izah edib:

"Mənim dörd övladım var. İstəyirəm ki, onlar yaxşı bir ömür yaşasınlar. Çətin vaxtlar idi. Sözün əsl mənasında özümü öldürmək istəyirdim ki, onlar yaşaya bilsinlər

Qeyd edək ki, "Breaking Bad" filmi ilə həyatı dəyişən məşhur aktyor daha sonra bir çox filmlərdə oynayıb.

# 332 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #