“Eşit” Ədəbi Dərnəyindən Qurultayla bağlı Bəyanat

“Eşit” Ədəbi Dərnəyindən Qurultayla bağlı Bəyanat
27 oktyabr 2022
# 18:05

Yeni yaradılan “Eşit” Ədəbiyyat və Sənət Dərnəyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı haqqında Bəyanatla çıxış edib.

Kulis.az xəbər verir ki, dərnək bu tədbirin AYB rəhbərliyinin növbəti dəfə şəxsi məqsədlərinə çatması üçün quraşdırıldığını düşünür.

Bəyanatda bildirilir ki, qurultayda səsvermənin açıq keçirilməsi AYB rəhbərliyinin güc nümayişi, alternativ namizədlərə söz verilməməsi despotluq, gənclərin ələ salınması ədəbiyyata hörmətsizlik deməkdir.

Bəyanat müəlliflərinin fikrincə, ədəbiyyatımızdakı durğunluğa son qoymaq, ədəbiyyat və sənət mühitini canlandırmaq üçün yeni yanaşmalara, konsepsiyaya ehtiyac var. Başlıca olaraq isə şəxslər mövqeyinə, yaxınlığına-uzaqlığına görə deyil, yaradıcılığına görə qiymətləndirilməli, dəstək almalıdır. Yəni dövlət yaradıcı şəxslərin qayğısına AYB kimi qurumların vasitəsilə qalmamalıdır. Çünki bu təcrübə daha çox sovetlərə aid idi və özünü doğrultmadığı ortadadır.

Müəlliflərin fikrincə, AYB-nin son qurultayı sübut etdi ki, ədəbiyyatın inkişafı üçün alternativ təkliflərin nəzərə alınmasının vaxtıdır.

# 2038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #