#

“Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirildi

“Ən müqəddəs pay kəlağay”  kitabının təqdimatı keçirildi
11 sentyabr 2024
# 13:38

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc şairə Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllif Arzu Əyyarqızı kitabının geniş oxucu auditoriyasına təqdim edilməsindən məmnun olduğunu bildirib.

Tədbirdə şairənin “Kəlağay”, “Düşüb könlümə”, “Kaş ki”, “Alın darıxmağın əlindən məni” və digər şeirləri, sözlərinə bəstələnən mahnılar səsləndirilib.

Sonda müəllif əsərlərini kitabxanaya hədiyyə edib.

# 313 dəfə oxunub

Müəllifin son yazıları

# # #