Ən çox qazanan sənətçilərin siyahısı açıqlandı

Ən çox qazanan sənətçilərin siyahısı açıqlandı
11 fevral 2022
# 17:40

"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanan məşhurların siyahısını tərtib edib.

Kulis.az xəbər verir ki, siyahıya il ərzində 580 milyon dollar qazanan rejissor Piter Cekson başçılıq edib.

Siyahıda ikinci yeri 435 milyon dollar qazanan amerikalı müğənni Brüs Sprinqstin tutub. Nəşrin məlumatına görə, o, musiqi kataloqunun hüquqlarını "Sony"nin musiqi bölməsinə 500 milyon dollara satıb.

Brüs Sprinqstin musiqi kataloqunu 500 milyon dollara "Sony music"ə sataraq siyahıda ikinci yeri tutub.

Digər yerləri amerikalı reper Cey-Z (340 milyon dollarla 3-cü sırada), "The Rock" təxəllüsü ilə tanınan aktyor Dueyn Conson (270 milyon dollarla 4-cü yerdə) tutub. İlk beşlik 235 milyon dollar qazanan reper Kanye Uestlə tamamlanıb.

Amerikalı aktrisa Riz Uizerspun isə 115 milyon dollar gəlirlə şou-biznesdə ən çox qazanan qadındır. O, avqustda media şirkəti "Hello Sunshine"nin bir hissəsini 900 milyon dollara "Blackstone" investisiya qrupuna satıb. Bundan əlavə, aktrisa "The Morning Show" filminin kassasından 20 milyon dollar qazanıb.

Hesabata əsasən ən çox qazanan 25 məşhurun ümumi qazancı vergilərdən əvvəl 4,4 milyard dollar təşkil edib.

# 1267 dəfə oxunub

Müəllifin son yazıları

# # #