Tarantinonun xəstəlikdən əziyyət çəkən Uillisə təklifi

Tarantinonun xəstəlikdən əziyyət çəkən Uillisə təklifi
2 avqust 2023
# 12:00

Rejissor Kventin Tarantino afaziya xəstəliyindən əziyyət çəkən aktyor Brüs Uillisə son filmi "The Film Critic"də rol təklif etməyi planlaşdırır.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat verib.

Məlumata görə, rejissor aktyora filmində rolu təklif edəcək, lakin Uillisin ailəsi razı olmasa, israr etməyəcək.

Brüs Uillisə 2022-ci ilin mart ayında afaziya diaqnozu qoyulub. Xəstəliklə mübarizədə ona ailəsi kömək edir.

Qeyd edək ki, bir müddət öncə Tarantino “The Film Critic”in son filmi olacağını, artıq film çəkmək üçün motivasiyasının olmadığını qeyd etmişdi. Bununla belə, o, kinonu tamamilə tərk etmək fikrində olmadığını açıqlayıb.

# 2378 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #