Əməkdar artistin vəziyyəti ağırlaşdı

Tünzalə Əliyeva, Əməkdar artist

Tünzalə Əliyeva, Əməkdar artist

19 yanvar 2022
# 12:05

Uzun müddətdir xərçəngdən müalicə alan Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi yenidən ağırlaşıb.

Kulis.az xəbər verir ki, aktrisa bu haqda "Günün sədası" proqramında deyib. O bildirib ki, uzun müddətdir aldığı kimyaterapiya təsir etməyib:

"Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyaterapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam.

Çalışıram bu ağırlıqları qaldırım. Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram.

Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm olacaq".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.

# 5342 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #