Türkiyənin məşhur “Fi” onlayn serialı ikinci sezonun finalı ilə başa çatdı.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, indiyədək yalnız internetdə yayımlanan serial bu yaxınlarda “Show TV”-də göstəriləcək.
Xatırladaq ki, “Ay Yapım” tərəfindən istehsal olunan və Türkiyənin serial sənayesinə yeni dinamika gətirən ekran işini Azra Kohenin “Fİ-Çİ-Pİ” bestseller üçləməsi əsasında Nüket Bıçakçı ve Özlem Yücel sseraliəşdirib. Rejissoru Mert Baykaldır.
Baş rollaırı Serenay Sarıkaya, Ozan Güven, Mehmet Günsür, Berrak Tüzünataç ve Büşra Develi ifa edirlər.