Əməkdar artist Lalə Məmmədova illər sonra teatr səhnəsinə qayıdır.
Kulis.az xəbər verir ki, müğənni “Nərdivan” musiqili dram tamaşasında çıxış edəcək.
Tamaşa iyunun 20-də Heydər Əliyev Sarayında keçiriləcək.
Qeyd edək ki, Lalə Məmmədova bundan əvvəl "Leyli və Məcnun", "Aşıq Qərib" operalarında çıxış edib.