Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq

Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq
4 mart 2024
# 16:30

Əməkdar artist Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq.

Kulis.az xəbər verir ki, müğənni hərracın şəhərdə onun adına açılan və çıxış etdiyi məkanlardan birində keçiriləcəyini deyib:

"Hərracda geyimlərim, aksessuarlarım olacaq. Çünki insanlar mənə zəng edir, yazır ki, filan əşyanız haradandır? Mən də qərara gəldim, hərrac təşkil edim və onları satım. İlkin qiymət 200 manat olacaq. Ən çox ödəniş edən mənim geyimimə sahib ola biləcək. Həmin pulları isə layihələrimə xərcləyəcəyəm. Çünki mənim layihələrim çox pul tələb edir".

"Axşam.az"

# 635 dəfə oxunub

Müəllifin son yazıları

# # #