Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq
16 yanvar 2026
# 13:40

Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının konsert salonunda görkəmli bəstəkar, qəlboxşayan nəğmələr müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Unuda bilməzsən” adlı gecə keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə Azərbaycanın tanınmış incəsənət nümayəndələri çıxış edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər