"Soyuzmultfilm" məşhur cizgi filminin davamını çəkdi

"Soyuzmultfilm" məşhur cizgi filminin davamını çəkdi
16 dekabr 2019
# 13:19

"Soyuzmultfilm" kinostudiyasında "Umka" cizgi filminin üçüncü hissəsinin premyerası olub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, dekabrın 14-də “Soyuzmultfilm” kinostudiyasında ilk bölümü 1969-cu ildə ekranlaşdırılan sovet cizgi filmi “Umka”nın üçüncü hissəsi təqdim edilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Pavel Stepanov tamaşaçıların reaksiyasını həyəcan və ümidlə gözlədiklərini söyləyib.

"Mənə elə gəlir ki, filmin yaranmasından təxminən 50 il keçməsinə baxmayaraq "Umka" yaşlanmır. Əlbətdə ki, "Soyuzmultfilm" də yeni xətlə personajları inkişaf etdirir. Ancaq "Umka"nı da unutmaq olmaz. Biz onu sevərək inkişaf etdirəcəyik. Mədəniyyət Nazirliyi "Soyuzmultfilm"in bu cür yaxşı işlərini dəstəkləyir".

Xatırladaq ki, cizgi filmindəki məşhur mahnını Larisa Dolina ifa edir.

# 2343 dəfə oxunub

Müəllifin son yazıları

# # #