Amerikalı rejissor Sofiya Koppola "Priscilla" adlı bioqrafik film çəkməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, "Priscilla" adlı film müğənni Elvis Preslinin yeganə həyat yoldaşı olmuş Priscilla Ann Preslinin “Elvis və mən” adlı əlyazma xatirələri əsasında çəkiləcək. Filmdə əsas rolları Keyli Speni və Ceykob Elordi canlandıracaq. Layihənin təqdimat tarixi hələ açıqlanmayıb.
Qeyd edək ki, dünyaşöhrətli ifaçı Elvis Presli və Priscilla Ann Presli 1967-1973-cü illərdə evli olublar. 1977-ci ildə isə Elvis Presli ürək çatışmazlığından vəfat edib.