Elton Con son konsertlərini keçirəcək

Elton Con son konsertlərini keçirəcək
23 yanvar 2023
# 11:50

Britaniyalı musiqiçi Elton Con karyerasının yekun konsertlərini Yeni Zelandiyada keçirəcək.

Kulis.az xəbər verir ki, müğənni bu ölkəyə “Fevewell Yellow Brick Road” dünya turu çərçivəsində səfər edəcək. Çərşənbə axşamı o, 30 ildən sonra ilk dəfə Christchurch şəhərində çıxış edəcək. Cümə və şənbə günləri isə Yeni Zelandiyanın ən böyük şəhəri olan Oklenddə daha iki konsert keçirəcək.

Qeyd edək ki, Elton Con 2018-ci ilin sentyabrında karyerasının ən məşhur bəstələrindən birinin adını daşıyan son dünya konsert turuna başlayıb. 300-ə yaxın konsertin planlaşdırıldığı turun 2020-ci ilin dekabrında Londonda başa çatması nəzərdə tutulurdu, lakin əvvəlcə müğənninin xəstəliyi, daha sonra isə COVID-19 pandemiyası səbəbindən planlar pozuldu. İfaçının çıxışları dəfələrlə təxirə salındı.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #