Elçin Əfəndiyevə həsr olunan metodik vəsait təqdim edildi

Elçin Əfəndiyev

Elçin Əfəndiyev

20 fevral 2023
# 13:30

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə hazırlanan “Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Vəsaitin ikinci hissəsində isə metodik köməklik məqsədilə yubliyarla bağlı kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim edilib.

Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.

# 1490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #