“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub
6 iyun 2025
# 12:30

Yaponiyanın Osaka şəhərində “Ekspo 2025” dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Yaponiyanın “Ekspo 2025” üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycanın “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər.

Bildirilib ki, “Ekspo 2025”də dahi Azərbaycan Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq milli pavilyon yaradılıb.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. A.Ələkbərov Azərbaycanın “Ekspo 2025”də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib.

Qeyd edək ki, sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

# # #