Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında
14 may 2026
# 15:32

Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il Ədəbiyyat Mükafatının namizədləri müəyyənləşib. Namizədlər arasında yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası da yer alıb.

Bu barədə Kulis.az-a müəllif özü məlumat verib.

Müsabiqənin finalına çıxan digər iki yazıçıdan biri Polşadan, digəri isə Misirdəndir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının 2016-cı ildə təsis etdiyi bu ədəbiyyat müsabiqəsi Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin ədəbiyyatını tanıtmaq məqsədi daşıyır. Azərbaycanlı yazıçının belə nüfuzlu mükafata namizəd göstərilməsi Avropada ölkə ədəbiyyatına marağın artdığını göstərir.

Xatırladaq ki, Ə. Əylislinin ötən əsrin sonlarında qələmə aldığı trilogiya amerikalı şair və tərcüməçi Ketrin Yanq tərəfindən 2025-ci ildə ingilis dilinə tərcümə olunub.

Müəlliflərin və tərcüməçilərin iştirak edəcəyi mükafatlandırma mərasimi iyulun 2-də Londonda keçiriləcək.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər