Hitlerin çəkdiyi rəsm əsəri instituta bağışlanıb - FOTO

Hitlerin çəkdiyi rəsm əsəri instituta bağışlanıb - FOTO
28 noyabr 2017
# 10:41

Hitlerin çəkdiyi rəsm əsəri sərgiyə bağışlanıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Adolf Hitlerin çəkdiyi rəsm əsəri bir qadın tərəfindən Hollandiya Savaş və Soyqırım Tədqiqatı İnstitutuna təqdim edilib.

Qadın bir neçə adamın təklif etdiyi yüksək məbləği heçə sayaraq rəsm əsərini İnstituta bağışlayıb və adının açıqlanmasını istəməyib.

Tədqiqatçılar rəsm əsərini araşdırarkən onun həqiqətən də Hitlerin əlindən çıxdığını təsdiqləyiblər. Suluboya ilə çəkilən rəsmdə Vyanadakı bir qüllə təsvir olunub.

# 977 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #