Dünyanın ən yekə romanları - ARAŞDIRMA

Dünyanın ən yekə romanları - <span style="color:red;">ARAŞDIRMA
14 yanvar 2016
# 09:00

Kulis dünyanın ən irihəcmli əsərlərini təqdim edir.

Cemys Coys – “Uillis”

Bu romanı 7 il ərzində yazıb. Əsər isə yalnız bir gündə baş verən hadisələrdən bəhs edir.

Baş qəhrəman Dublin yəhudisi Leopold Blumdur. Bir günün içində Blum qəbiristanı, doğum evini, fahişəxananı və işi ilə əlaqəli digər məkanları ziyarət edir. Romanın süjeti Blumun xanımının qəfil dəyişməsi ilə zirvəyə qalxır. Təkrarlanan, müntəzəm axıb gedən bu romanı sağlam beyinlə yazmaq çox çətindir.

Romanın ideyası Ceyms Coysun universal mif adlandırdığı Homerin “Odisseya” əsərinə söykənir.

Çarlz Paliser – “Kvinkanks”

Müasir metodlarla, postmodernist üsulla qələmə alınan romandır.

Romanın süjeti çox sadədir: öz atasının axtarışına çıxan oğlanı və anasını üstü açılmamış qətlin səbəbləri izləyir.

Lev Tolstoy – “Hərb və sülh”

Ən çox obrazı olan və çətin yadda qalan əsər. Roman fransız-rus müharibəsi fonunda Rusiyanın burjua sinfini ifşa edir. İnsanlığın ən böyük romanı hesab olunan “Hərb və sülh” bütün dövrlər üçün aktualdır.

Con Qolsuorsi – “Forsaytlar haqqında saqa”

1932-ci ildə “Forsaytlar haqqında saqa”dakı “yüksək səviyyəli nəql etmə”yə görə Qolsuorsi Nobel mükafatına layiq görülüb.

Dövrlərə görə əsər üç romandan ibarətdir: “Forsaytlar haqqında saqa”, “Müasir komediya”, “Bölümün sonu”. Xarakterlərin fərqli, qeyri-adi dünyası var, onlar xəyali deyil, tanış bir insan kimi təsvir olunur.

Marsel Prust – “İtirilmiş zamanın sorağında”

XX əsrin nəhəng əsəri. İki mindən çox personajın yer aldığı roman yeddi cilddir.

Prust sonuncu üç cildi redaktə etməyə ömrü çatmayıb, öləndən sonra isə çapa verilib.

Viktor Hüqo – “Səfillər”

İnsan əzabını, onun ümidsizliyini yüksək ustalıqla qələmə alan Viktor Hüqonun bu məşhur əsəri bütün dövrlər üçün aktualdır. Günah, vicdan əzabı Paris küçələrinə səpələnən səfillərin simasında göstərilir. Jan Valjan, Jerar, Fantina, Kozetta kimi obrazlar fransız xalqının döyünən ürəyidir.

Fyodor Dostoyevski – “Karamazov qardaşları”

Dünya ədəbiyyatında 100 ilin ən yaxşı romanı sayılan “Karamazov qardaşları” Dostoyevskinin sonuncu əsəridir. Bir ailənin psixoloji tablosunu göstərən roman insanların Tanrı ilə münasibətlərinə işıq tutur.

Jül Romen – “Azad iradəli insanlar”

28 cilddən ibarət, dörd mindən çox personajı olan “Azad iradəli insanlar” dünya ədəbiyyatının həcmcə ən böyük romanıdır. Ölkənin 25 illik dövrünü əhatə edən əsərin konkret hadisə və yaxud süjeti yoxdur. Romenin bu “uzunçuluğu”nu XX əsrin başlanğıcındakı fransız cəmiyyətinin iç dünyasına səyahət də adlandırmaq olar.

Soxaçi Yamaoka – “Tokuqava İeyasu”

1951-ci ildə yapon gündəlik qəzetində işıq üzü görüb. Heç vaxt kitab şəklində çap olunmayıb. Nəşr etmək istəyənlər isə qırx cildlik salnaməni gözlərinin qabağına gətirib fikirlərindən daşınıblar.

Roman sequnun – Yaponiya ərazisini birləşdirən, vahid bir ölkəyə çevirən hökmdarın – həyatından bəhs edir.

Medison Kuper – “Sironiya-Texas”

Məhəbbətdən bəhs edən əsərin psixoloji qatı və incə yumoru diqqət çəkir. Həcmcə ən böyük Amerikan romanı hesab olunur. “Sironiya-Texas” balaca bir şəhərin bəsit həyatını işıqlandırır, burda hər kəs bir-birini tanıyır, monoton, təkrarlanan həyatda insanlar darıxır, hər şey birxətli davam edir.

Samuel Riçardson – “Klarissa, yaxud gənc xanımın həyatı”

Bu ənənəvi, klassik roman Klarissanın qızının ölümü ilə XVIII əsrin cəmiyyətinə işıq tutur. Təhkiyəsi yorucu, çətin oxunan, darıxdırıcı və həcmcə böyük roman müasir oxucu üçün maraqsızdır.

Onore de Yurfe – “Astreya”

Təkcə həmcinə görə deyil, həm də məna tutumuna görə böyük əsər hesab olunur. “Astreya” filoloqların və araşdırmaçıların sevimli romanıdır. Qırx novella, şeirlər, məktublar, fərqli, rəngarəng personajlarla zəngin əsər tarixi hadisələrdən bəhs edir.

Qorxulu, gülməli tablolar, insanların vətən, torpaq sevgisi, məhəbbət – bir sözlə, “Astreya”da hər şey var.

# 2665 dəfə oxunub

Müəllifin son yazıları

# # #