Dünyanın ən varlı məşhurunun adı açıqlandı

Dünyanın ən varlı məşhurunun adı açıqlandı
13 mart 2026
# 16:00

Amerikalı rejissor Stiven Spilberq dünyanın ən varlı məşhuru seçilib.

Kulis.az xəbər verir ki, onun sərvəti 7,1 milyard dollar qiymətləndirilir.

“DreamWorks” studiyasının həmtəsisçisi və tarixdə ən çox gəlir gətirən kinorejissor olan Spilberq “Çənələr”, “Yura dövrü parkı” və “İndiana Cons” kimi məşhur filmlər sayəsində “Universal” əyləncə parklarında satılan hər biletdən gəlir əldə etməyə davam edir.

Siyahıda ikinci yeri 5,2 milyard dollar sərvətlə rejissor Corc Lukas, üçüncü yeri isə 4,3 milyard dollarla basketbol əfsanəsi Maykl Cordan tutur. Dördüncü pillədə “WWE”nin qurucusu Vins Makmen (3,6 milyard dollar), beşinci yerdə isə teleaparıcı Opra Uinfri (3,2 milyard dollar) qərarlaşıb.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər