Dünyaca məşhur müğənni Bakıda konsert verəcək

Laura Pergolizzi (LP)

Laura Pergolizzi (LP)

8 iyul 2022
# 10:00

Amerikalı müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.

Kulis.az xəbər verir ki, şou-proqram sentyabrın 30-da Bakı Konqres Mərkəzində baş tutacaq.

Qeyd edək ki, LP ləqəbiylə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib.


# 1288 dəfə oxunub

Müəllifin son yazıları

# # #