Dünya şöhrətli bəstəkar Bakıya gəlir

Dünya şöhrətli bəstəkar Bakıya gəlir
7 avqust 2023
# 15:45

Dünya şöhrətli italiyalı bəstəkar Ludovico Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək.

Kulis.az xəbər verir ki, oktyabrın 2-nə nəzərdə tutulan görüşdə tamaşaçılar bəstəkarın ən məşhur əsərlərini canlı dinləyəcəklər.

Neoklassik Ludovico Einaudi bir çox məşhur filmlərin bəstəkarıdır.

Onun yaradıcılığı klassika, etnik motivlər və müasir elektron musiqi elementlərinin harmoniyasından ibarətdir.

# 1225 dəfə oxunub

Müəllifin son yazıları

# # #