Məşhur cütlük boşandı

Məşhur cütlük boşandı
26 sentyabr 2024
# 17:35

Amerikalı aktyor Çenninq Tatum həyat yoldaşı, aktrisa Cenna Duandan rəsmi şəkildə boşanıb.

Kulis.az xəbər verir ki, cütlük əqli mülkiyyət hüquqlarının bölüşdürülməsi və pul gəlirləri ilə bağlı məsələləri həll ediblər.

Qeyd edək ki, 2005-ci ildə "Step up" filminin çəkilişlərində tanış olan cütlük 2009-cu ildə gizli şəkildə evlənib, 2018-ci ildə isə ayrıldıqlarını açıqlayıblar.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #