"Duman"ın solistinin mahnısına görə araşdırma başlandı

"Duman"ın solistinin mahnısına görə araşdırma başlandı
26 noyabr 2025
# 14:35

"Duman" qrupunun solisti Kaan Tangözenin “Baltalar əlimizdə” ifasına görə araşdırma başlanıb.

Kulis.az xəbər verir ki, Tangöze Kahramanmaraş Sütçü İmam Universitetində verdiyi konsertdə mahnını yenidən səsləndirib.

Universitetdən bildirilib ki, tədbirin təşkilatçısı yalnız konsert salonunu kirayələyib və bilet satışı təşkil edib, universitet tədbirin məzmununa qarışmayıb.

Universitet həmçinin hər hansı dövlət rəsmisinə qarşı hörmətsiz davranışın qəbul edilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Duman" 1999-cu ildə İstanbulda yaradılmış və türk rock musiqisinin öncüllərindən sayılan qrupdur.

Alternativ rok və qranj elementlərini birləşdirən qrupun hitləri arasında “Belki alışman lazım”, “Her şeyi yak” və “Seni kendime sakladım” yer alır.

# 230 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər