Hollivud ulduzu Dueyn Conson ABŞ prezidentliyinə namizədliyi üçün müxtəlif partiyalardan təklif aldığını açıqlayıb.
Kulis.az xəbər verir ki, aktyor bu barədə həmkarı Trevor Noahın "İndi nə?" adlı podkastında qonaq olarkən deyib.
“Aldığım təklifləri rədd edirəm. Heç vaxt siyasətə qoşulmaq istəməmişəm. Siyasətdə nifrət etdiyim çox şey var".
Qeyd edək ki, 2021-ci ildə ABŞ-də keçirilən sorğuda 51 yaşlı aktyorun prezidentliyə namizədliyini dəstəkləyənlərin sayı kifayət qədər çox olub.