Azərbaycan nəşrləri Beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycan nəşrləri Beynəlxalq müsabiqədə qalib oldu
12 avqust 2024
# 13:08

Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub

Kulis.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə XXI ənənəvi “Kitab sənəti” Beynəlxalq müsabiqəsi keçirilib.

7-8 avqust tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil edilən müsabiqədə ölkəmiz də müxtəlif nominasiyalar üzrə çap məhsulları ilə təmsil olunub.

Müsabiqəyə ümumilikdə 6 ölkədən bir sıra nominasiyalar üzrə 64 adda kitab təqdim edilib.
Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların seçimi aparılıb. Nəşr məhsulları haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verilib.

Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 9 adda kitab təqdim olunub.
Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə layiq görülüb.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

# 394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #