Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Dövlət Tərcümə Mərkəzi  seçim turlarını davam etdirir
19 fevral 2024
# 13:30

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.

Kulis.az xəbər verir ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) aprelin 30-dək mərkəzin [email protected] ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.

Əlavə məlumat almaq istəyənlər bu nömrəyə (+994 12) 566 80 27 (daxili nömrə: 123) zəng edə bilərlər.

# 407 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #