“Mona Liza”nın çılpaq eskizi tapıldı - Foto

“Mona Liza”nın çılpaq eskizi tapıldı - Foto
1 oktyabr 2020
# 16:09

Məşhur “Mona Liza” əsərinin altından gizli eskiz tapıldı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, tədqiqatçı Paskal Kott dünyanın ən məşhur rəsm əsəri olan Leonardo da Vinçinin “Mona Liza” adlı rəsm əsərinin altında gizli bir kətanın eskizini kəşf edib.

Kottun 16 illik araşdırması nəticəsində məlum olub ki, rəssam əvvəlcə qəhrəman üçün fərqli bir görünüş yaratmaq istəyib. İlkin eskiz kömür və şablonla hazırlanıb. Rəssam modeli yan tərəfə baxaraq və saçında sancaqla canlandırmaq istəsə də sonradan fikrini dəyişib.

Tədqiqatçı infraqırmızı spektrlə tablonun şəklini çəkərək boya qatının altındakı gizli elementləri kəşf etməyə nail olub.

Gallery

# 2203 dəfə oxunub

Müəllifin son yazıları

# # #