Martın 15-də 28 Mallda yerləşən Cinema Plusda "Dog Doc" filminin təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, filmdə insanların sahibsiz küçə itlərinə göstərdiyi şiddətdən, aqressiv münasibətdən söz açılıb.
"VarYox" komandasının heyvansevərlərlə birgə 3 il ərzində işləyib ərsəyə gətirdiyi film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
- İmtahandan kəsildi, ölümündən sonra beyni çıxarıldı, atomu parçaladı – Eynşteyndən maraqlı faktlar
- Səfil-sərgərdan Tanrı - ŞEİRLƏR
- Həyat yoldaşının başqa kişilərlə sevişməsindən ilham alan dahi – Ağlasığmaz faktlar
Təqdimat mərasimində aktyor Kamran Ağabalayev, naşir Şahbaz Xuduoğlu, aparıcılar Hüsniyyə Məhərrəmova və Fira Cəlilova, müğənni Dilarə Kazımova və digər tanınmış simalar iştirak ediblər.
Tədbirin sonunda auditoriya filmlə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüb.
Təşkil olunan müzakirə panelində auditoriyanın sualları cavablandırılıb.