"Disney"in CEO-su Bob Ayger "Disney+" platformasında süni intellektlə yaradılan məzmunlara icazə veriləcəyini açıqladıqdan sonra pərəstişkarlar arasında böyük narazılıq yaranıb.
Kulis.az xəbər verir ki, istifadəçilər AI-nin yaradıcılığa zərər verəcəyini, iş yerlərini təhlükəyə atacağını və "Disney"in dəyərlərini sarsıdacağını bildirərək boykot çağırışları edirlər.
"The Owl House"un yaradıcısı Dana Terras da izləyiciləri platformanı dəstəkləməməyə çağırıb.
Qeyd edək ki, tənqidçilər süni intellektlə hazırlanan məzmunun artıq musiqi və reklam sənayesində ciddi çaşqınlıq yaratdığını və insanların 97 faizinin real sənətlə AI məhsullarını ayırd edə bilmədiyini vurğulayırlar.