Disney 50-dən filmi yayım xidmətindən siləcək

Disney 50-dən filmi yayım xidmətindən siləcək
19 may 2023
# 15:50

Disney tezliklə Disney+ və Hulu axın xidmətlərindəki kataloqlarından 50-dən çox audiovizual başlığı siləcək.

Kulis.az xəbər verir ki, Disney-in maliyyə direktoru Kristin Makkartinin sözlərinə görə, bu, korporasiyanın balansındakı aktivlərdə xidmətin ümumi dəyərini azaldacaq və bu, iyun ayına qədər 1,5-1,8 milyard dollar təşkil edəcək.

Ümumilikdə 56 film, serial və şou kataloqdan çıxarılacaq.

Qeyd edək ki, Disney ikinci maliyyə rübündə artıq 4 milyon axın xidməti abunəçisini itirib.

# 839 dəfə oxunub

Müəllifin son yazıları

# # #