Hüseyn Cavidin əsərləri fars dilinə tərcümə olunur

Hüseyn Cavidin əsərləri fars dilinə tərcümə olunur
12 sentyabr 2017
# 10:13

Cənubi Azərbaycanlı tədqiqatçı, şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil və Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.

Qonaqlarla görüşdə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparılıb, ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindəki ümumbəşəri ideyalardan danışılıb.

Daha sonra Ə.H.Əlyar muzeylə əməkdaşlığından söhbət açıb. Bildirib ki, “Peyğəmbər” və “Şeyx Sənan” əsərləri artıq farscaya tərcümə edilib və Hüseyn Cavidin irsi Cənubi Azərbaycanda geniş şəkildə təbliğ olunur. O, yaxın zamanlarda “Maral” əsərinin də fars dilinə tərcümə ediləcəyini diqqətə çatdırıb.

Görüşün sonunda qonaqlar muzeylə tanış olub, xatirə şəkli çəkdiriblər.

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

# # #