Direktor vəzifəsindən getdi

Direktor vəzifəsindən getdi
9 avqust 2024
# 13:14

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Kulis.az xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur” deyə, o, bildirib.

Xatırladaq ki, F.Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

# 442 dəfə oxunub

Müəllifin son yazıları

# # #