Yuğ teatrı festivala gedir

Yuğ teatrı festivala gedir
16 avqust 2017
# 10:31

Yuğ teatrı avqustun 23-də Qazaxıstanda festivalda iştirak edəcək.

Kulis.az-ın teatrın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, teatr Azərbaycanı Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası ilə təmsil edəcək.

Aktau şəhərində 24-28 avqust tarixində keçiriləcək Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı SSSR-in və Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illiyinə həsr olunub.

Festivalda Azərbaycandan başqa İrandan (“Ayna” teatr qrupu), Dağıstandan (Noqay Dövlət Dram Teatrı), Həştərxandan (Həştərxan Dövlət Dram Teatrı), Alma-atadan (Auezov adına Qazax Dövlət Akademik Dram teatrı, Janturina adına Musiqili Dram teatrı) və başqa şəhərlərdən olan teatrlar və teatr qrupları iştirak edəcək.

Azərbaycandan teatrşünas alim İsrafil İsrafilov da beynəlxalq tərkibli münsiflər heyətində təmsil olunacaq.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #