2016-cı ildə vəfat edən rok ulduzu Devid Bouinin 80 mindən çox şəxsi əşyasının olduğu arxiv nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, müğənninin fotoşəkilləri, geyimləri, məktubları və alətləri 2025-ci ildə Londondakı Viktoriya və Albert muzeyində sərgilənəcək.
Nümayiş muzeyin Stratforddakı yeni binasında, David Bowie Tədqiqat Sənətləri Mərkəzində baş tutacaq.