Elçin Həmidovun xatirəsi anılacaq

Elçin Həmidovun xatirəsi anılacaq
29 iyun 2018
# 16:58

İyulun 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyasının nümayişi Əməkdar Artist, mərhum aktyor Elçin Həmidovun 60 illiyinə həsr ediləcək.

Tamaşanın nümayişindən öncə sənətkarın həyat və yaradıcılığından danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Səhnə əsərində rolları Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Fərid Rzayev ifa edəcəklər.

Qeyd edək ki, 28 il Musiqili Teatrda çalışan Elçin Həmidov bu sənət ocağının səhnəsində “Boşanaq, evlənərik”, “Qarğa məndə qoz var”, “Qızıl gül”, “Beş manatlıq gəlin”, “Özümüz bilərik”, “Subaylarınızdan görəsiniz”, “Hərənin öz ulduzu”, “Nəğməli Könül”, “Əlin cibində olsun”, “İddialı qaraçı”, “O olmasın, bu olsun” və “Talelər qovuşanda” komediyalarında yaddaqalan obrazlar yaradıb./azertag.az/

Əməkdar Artist Elçin Həmidovun xatirəsi anılacaq

# 2157 dəfə oxunub

Müəllifin son yazıları

# # #