Dələduzluqda ittiham olunan Hollivud ulduzu Leonardo Di Kaprio ifadə verib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor ötən gün məsələ ilə bağlı məhkəməyə çağırılıb və ifadə verib.
Onun məhkəmə zalında verdiyi açıqlama ilə bağlı isə məlumat yayımlanmayıb.
Qeyd olunur ki, prosesdə əsas müttəhim - iş adamı Cho Loudur. Həmin şəxs beynəlxalq çirkli pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lounun Malayziyanın 1MDB dövlət investisiya fondundan milyardlarla dolların mənimsənilməsində əli var. Ehtimallara görə, reper Pras Mişel sahibkarın şəriki olub. Müstəntiqlərin fikrincə, o, Lounun bu işində vasitəçi olub.
Prokurorluq orqanları iddia edir ki, 2012-ci ilin iyun-noyabr ayları arasında Lou prezident seçkiləri üçün pul köçürmək məqsədi ilə Mişelə 21,6 milyon dollardan çox pul köçürmək əmri verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, iş adamı Di Kaprioya çoxlu hədiyyələr verib, onunla dünyanın müxtəlif ölkələrində əyləncə gecələri təşkil edib və “The Wolf of Wall Street” filminin istehsalına sponsorluq edib.
Araşdırmalar davam etdirilir.