"Deadpool 3" filminin çəkilişləri dayandırıldı

"Deadpool 3" filminin çəkilişləri dayandırıldı
17 iyul 2023
# 13:00

"Deadpool 3" filminin çəkilişləri SAG-AFTRA tətilinin başlaması səbəbindən dayandırılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin aktyorları Amerika Yazıçılar Gildiyası üzvlərinə qoşulublar.

"Deadpool 3"ün 3 may 2024-cü ildə buraxılması planlaşdırılırdı.

Tətilin nə qədər davam edəcəyi bilinmir. Ona görə də "Deadpool" azarkeşləri bir müddət gözləməli olacaqlar.

Qeyd edək ki, may ayında yazıçıların tətili başlayanda "Deadpool 3" çəkilişlərini davam etdirə bilən istehsallardan biri idi.

# 697 dəfə oxunub

Müəllifin son yazıları

# # #