Nihat Pirin ilk hekayələr kitabı “Miraj”ın təqdimatı olub.
Kulis.az xəbər verir ki, təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlərdən Mətbuat şurasının sədri, şair Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, şair Qəşəm Nəcəfzadə, yazıçı İlham Əziz, yazıçı Nadir Yalçın müəllifin ilk kitabı barədə təəssüratlarını bölüşüblər.
Çıxışlarından sonra müəllif oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, “Çardaq” nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı Həmid Piriyev, korrektoru Arifə Kərimzadə, rəssamı Aynur Aydın, dizayneri isə Vüsal Abdullazadədir.
Kitab gələn həftədən kitab mağazalarında satışda olacaq.