Conni Deppin rəsm əsərləri satışa çıxarıldı

Conni Deppin rəsm əsərləri satışa çıxarıldı
6 mart 2023
# 15:50

Hollivud ulduzu Conni Deppin rəsm əsərləri Londonun "Castle Fine Art Gallery"sində satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, hər birinin qiyməti 5 400 dollar olan tablolar 5 gün ərzində satılıb. Nəticədə aktyor 5,4 milyon dollar qazanıb.

Conninin çəkdiyi portretlərdə reqqi ulduzu Bob Marli, yazıçı Hanter Stokton Tompson, aktyorlar Hit Ledcer və River Feniks də daxil olmaqla bir sıra məşhur təsvir olunub.

Qeyd edək ki, aktyor daha əvvəl satışdan 3,65 milyon dollar əldə etmişdi.

# 1137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #