Savaş şeirləri yazan şairdən sənədli roman

Savaş şeirləri yazan şairdən sənədli roman
2 iyun 2016
# 09:51

Bu günlərdə tanınmış şair Şahin Musaoğlunun “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” adlı yeni kitabı işıq üzü görüb.

Daha çox hərbi-vətənpərvərlik ruhunda yazılmış populyar mahnıların, o cümlədən “İgid əsgər, möhkəm dayan!”, “Cənab leytenant” və s. kimi savaş türkülərinin müəllifi kimi tanınan Şahin Musaoğlu, bu dəfə qələmini nəsrdə sınayıb.

Kulis.Azın cəbərinə görə, “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” adlı sənədli povesti dünyaca məşhur türk həkimi, Türkiyənin Başkənd Universitetinin qurucusu, bir sıra nüfuzlu elm ocaqlarının professoru, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, doktor Mehmet Haberala həsr olunub. Əsərdə Mehmet Haberalın keçdiyi ömür yolu bədii və real həyat həqiqətlərinin fonunda əks olunub.

Əsərdə onun dünya tibb elminə verdiyi böyük töhfələr, millət və dövlət yolunda sonsuz çabaları, başına açılan ağrı-acılı, eyni zamanda haqsız müsibətlər barədə də dolğun məlumatlara rast gəlinir.

Ünlü professorun tələbəsi olan Şahin Musaoğlu, böyük sevgi və səmimiyyətlə qələmə aldığı əsərində öz müəllimi, Türkiyə, Avropa və ümumən dünyada ilk dəfə bir sıra uğurlu qaraciyər transplantasiyası əməliyyatları həyata professor, doktor Mehmet Haberalın parlaq bir şəxsiyyət obrazını yaradıb. Kitabda onun barəsində İhsan Doğramacı, Süleyman Dəmirəl, Kamal Kılıçdaroğlu, Dəniz Baykal və başqa məşhurların fikirləri də yer alıb.

“Yaşamaq gözəldir, yaşatmaq sonsuz” kitabı, Şahin Musaoğlunun 2003-cü ildə çap olunmuş ”İgid əsgər, möhkəm dayan” nəşrindən sonra oxucularla ikinci görüşüdür.

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

# # #