Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda

Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda
19 sentyabr 2026
# 13:30

Məşhur Hollivud ulduzu Conni Deppin "The Bunnyman" ("Dovşan Adam") adlı ilk heykəli sentyabrın 22-27-də İstanbulda nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, təxminən iki metr hündürlüyündə olan ağ bürünc əsər yarıinsan, yarıdovşan fiqurundan ibarətdir və sənətçinin oğlunun uşaq vaxtı çəkdiyi eskiz əsasında yaradılıb.

Milanın məşhur "Fonderia Artistica Battaglia" emalatxanasında istehsal olunan bu xüsusi əsər dünyanın diqqətini İstanbula yönəldəcək mühüm sənət layihələrindən biridir.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər