Məşhur rus aktyor vəfat etdi

Məşhur rus aktyor vəfat etdi
18 fevral 2021
# 13:11

Rusiyanın tanınmış teatr və kino aktyoru Andrey Myaqkov 83 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Çexov Moskva İncəsənət Teatrının mətbuat xidmətindən verilən məlumatda aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Andrey Myaqkov 1938-ci ildə Leninqradda anadan olub. 1965-ci ildə Moskva İncəsənət Teatr Məktəbini bitirib, sonra Sovremennik Teatrının truppasına qəbul olunub.

Myagkovun ilk ciddi rolu İvan Pyriyevin "Karamazov qardaşları" filmindəki Alyosha Karamazov rolu olub. Aktyor"Turbin günləri", “İşdə məhəbbət macərası”, "Qaraj", "Zalım Romantika" kimi məşhur filmlərdə də rol alıb.

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #