Emre Kınay Bakıya gəlir

Emre Kınay Bakıya gəlir
4 fevral 2016
# 15:30

2016-cı il fevral ayının 14-də Türkiyənin teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. Kulisin məlumatına görə kKonsertdə sənətçini Özgür Sevinçin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək.

Emre Kınay 5 mart 1970-ci ildə İstanbulda sənətçi ailəsində anadan olub. Ata-anası teatrda işlədiyinə görə uşaq yaşlarından sənətin sehrinə düşüb. Orta təhsilini İstanbulda alan Emre Kınay 1990-cı ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına daxil olur. İkinci kursda oxuyarkən, 1992-ci ildən müəllimi Zeliha Berksoy tərəfindən teatra dəvət edilir və orada çalışmağa başlayır. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb.

Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradır və elə həmin ildə dünyaya gələn qızına da Duru adını qoyur. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanıb.

Emre Kınaya görə, sənət insanlığın yarandığı gündən başlayır və insanlıqla paralel şəkildə irəliləyir. Önəmli olan da sənətin insanlıqdan bəhs etməsidir. Bu səbəbdən də konservatoriya məzunu olan Kınay təkcə filmlərdə, teleseriallarda, teatr səhnələrində yaratdığı obrazlarla kifayətlənmir, bir ifaçı kimi oxuduğu mahnılarla da tamaşaçıları heyran qoyur.

Könül oxşayan ifası ilə Türkiyədə olduqca çox sevilən və populyar olan aktyor Emre Kınay ölkəmizdə ilk konsertini verəcək. Bu konsert 14 fevral Sevgililər günündə Emre Kınay sevənlər və ümumiyyətlə, sənətsevənlər üçün möhtəşəm hədiyyə olacaq. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

# 1077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #