Tamer Karadağlı: "Qarabağ üçün canımı verməyə hazıram"

Tamer Karadağlı: "Qarabağ üçün canımı verməyə hazıram"
13 oktyabr 2020
# 18:01

“Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.

Kulis.az xəbər verir ki, bu sözləri "Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur Türkiyə aktyoru Tamer Karadağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında deyib. O, ordumuza, xalqımıza dəstəyini ifadə edib. Məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:

“Bir millət, iki dövlət” əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir. Qarabağ üçün canımı belə verməyə hazıram.

Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: “İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”.

Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.

# 3699 dəfə oxunub

Müəllifin son yazıları

# # #