Qorxu romanları ilə tanınan amerikalı yazıçı Stiven Kinq Yutub-da onlayn yayımda, insanların karantin günlərində əsasən qorxu hekayələri oxumasının səbəblərini izah edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçı insanları çətin zamanlarda həmişə ürküdücü hekayələr maraqlandırır: “Çünki içinə daxil olduğu hər bir qorxu hekayəsi, romanı, ordakı vəziyyət, tualet kağızı olmayan dörd divar arasında qalmaqdan daha dəhşətli gəlir insanlara”. Onun sözlərinə görə bu cür əsərləri oxuduqdan sonra oxucular daha rahat yatmağa başlayır. Qorxu filmləri, hekayələri onların diqqətini yayındırır.