Yeni teatr gəlir: "Yosun"

Yeni teatr gəlir: "Yosun"
26 iyul 2019
# 18:04

“Yosun” adlanan yeni müstəqil teatr fəaliyyətə başlayacaq.

Bu barədə kulis.az-a teatrın təsisçisi İnqtiqam Hacılı məlumat verib. Onun sözlərinə görə, teatr heç bir qurumdan təşkilatdan asılı olmadan tam müstəqil fəaliyyət göstərməyi nəzərdə tutur:

“Ölkədə müstəqil teatrlar azdır. Uzağı 4-5 teatr var. Biz də duran yerdə teatr açmağı düşünmədik. Indiyədək Elvin Adıgözəlin quruluş verdiyi “Yasaq cəh-cəhlər” və “Kontrabas” tamaşalarının prodüseri olmuşam. Bundan əlavə “Gələcəyin yuxusu” adlı pyes yazmışdım və ona Elvin Adıgözəllə quruluş vermişdik. Bu tamaşaları bir neçə dəfə müxtəlif məkanlarda oynamışdıq”.

Teatrın adı haqqında danışan Hacılı bunları söyləyib:

“Yosun” adlı prodakşnımız var idi. Teatrın da adını Yosun qoymaq istədim. Niyə Yosun? Çünki yosun adamlara rahatlıq verir, dinclik gətirir. Teatrda da adamlar rahatlıq tapır. Hazırlanan tamaşaların adları və mövzuları haqda hələlik danışmaq istəmirəm. Tamaşaçıların qarşısına tam hazırlıqlı çıxmaq niyyətindəyik”

# 1807 dəfə oxunub

Müəllifin son yazıları

# # #