"Azərbaycan" jurnalından "Ulduz"a MƏDHİYYƏ

"Azərbaycan" jurnalından "Ulduz"a MƏDHİYYƏ
7 may 2014
# 14:18

Tənqidçi Əsəd Cahangir “Ulduz” jurnalının yeni baş redaktoru Qulu Ağsəsə qəzəl həsr edib. Kulis.az həmin şeiri təqdim edir.

Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin,

Böylə jurnal buraxıb, tazəlik icad elədin.

Nə əcəb, doğdu sözün göylərində ulduzumuz,

Yığıb ulduzları bir “Ulduz”a, abad elədin.

Səpib ulduzları söz tarlasına tər tökdün,

Ey əkinçi, baba Zərdabinimi yad elədin?

Başladın Muğannadan, ruhumuza nur verdin,

Könüllə xətm eləyib, könlümüzü şad elədin.

Tişeyi-əqlin ilə çapdın ətalət dağını,

Tutdun “Ulduz”u şirin, kəndini Fərhad elədin.

Batdı nurunda bütün yerdə qalan jurnallar,

Mat qoyub xanələri, evləri bərbad elədin.

İndi bildik, nə imiş səndə olan narazılıq,

İndi bildik niyə on ildi ki, fəryad elədin.

Varsa istedad əgər, sahibi sərhəd bilməz,

Şairi-məşhur idin, naşir olub ad elədin.

Əsəd olsam da, hələ girməmiş idim qəzələ,

Öz işinlə verib ilham məni ustad elədin

# 1838 dəfə oxunub

Müəllifin son yazıları

# # #